Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2022 09:24
Çin avtomobil istehsalçısı BYD təxminən 53 000 avtomobilini akkumulyatorun nasazlığı səbəbindən geri çağıracaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, istehsal qüsurları batareya korpusu ilə əlaqədardır ki, bu da suyun sızmasına və qısaqapanmaya səbəb ola bilər. Bu da öz növbəsində yanğın yarada bilər. Təkcə son altı ayda ən azı altı BYD avtomobilinin yandığını əks etdirən videolar peyda olub.
Bu avtomobillər bazara 2021-ci ilin aprelində çıxıb və Çində təxminən 200 min yuan dəyərindədir.