Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2019 15:36
Azərbaycan Premyer Liqasının 5-ci turunda dünən "Zirə" ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romero bu gün tibbi müayinədən keçib.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.