Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanın xarici işlər naziri Ermənistanı qoşunları Dağlıq Qarabağdan çıxarmağa çağırıb

Pakistanın xarici işlər naziri Ermənistanı qoşunları Dağlıq Qarabağdan çıxarmağa çağırıb

Tarix: 24 Sentyabr 2019 15:36

Bakı. Ləman Zeynalova - Trend:

Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Ermənistanı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırıb.

Trend-in məlumatına görə, nazir bunu Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı deyib.

Ş.M.Kureşi bildirib ki, Pakistan Ermənistanın Dağlıq Qarabağda coğrafiyanın, əhalinin, iqtisadi, sosial və mədəni vəziyyətin və institusional strukturun dəyişdirilməsi üzrə hərəkətlərinə qarşıdır.

Nazir Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa və Azərbaycanın ərazi bütövlüyü və suverneliyinə hörmət etməyə çağırıb.

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitlik üçün təhdiddir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Pakistanın xarici işlər naziri Ermənistanı qoşunları Dağlıq Qarabağdan çıxarmağa çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ