Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Silahlı dəstə klip çəkilişində modellərə təcavüz etdi

Silahlı dəstə klip çəkilişində modellərə təcavüz etdi

Tarix: 31 Iyul 2022 09:40

Cənubi Afrikada silahlı şəxslərdən ibarət dəstə videoklipin çəkiliş meydançasında səkkiz modeli zorlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ölkənin Qautenq əyalətindəki qanunsuz mədəndə baş verib.

Məlumata görə, qızlar qaçmağa çalışsalar da, təcavüzkarlar onları atəş açmaqla hədələyiblər.

Cinayətkarlar modelləri və çəkiliş qrupunun digər üzvlərini yerə uzanmağa məcbur edib, bundan sonra onların mobil telefonlarını, pullarını və qızıl-zinət əşyalarını götürüblər.

Polis hadisə yerinə gələndə atışma baş verib və nəticədə silahlılardan biri öldürülüb. Digər 17 cinayətkar isə qaça bilib.

Həmçinin, 65 qanunsuz mədənçi həbs edilib.

Milli.Az


Etiketlər:  Silahlı dəstə klip çəkilişində modellərə təcavüz etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ