Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 14:18
"Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli yenidən zədələnib.
Sonxeber.net offsideplus.az-a istinadla xəbər verir ki, o, Xorvatiya çempionatının 3-cü turunda "İstra 1961"ə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra belində olan ağrıları yenidən hiss edib. Bu səbəbdən onun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets"i ilə ilk oyunu buraxacağı bildirilib.
Qeyd edək ki, M.Emreli "İsrta 1961" ilə görüşlə yenidən yaşıl meydanlara qayıtmışdı. O, sözügedən qarşılaşmada komandasının 4-cü qolunun müəllifi olmuşdu.