Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Astarada ev sahibinin Bakıda olmasından istifadə edən oğru tutuldu (FOTO)

Astarada ev sahibinin Bakıda olmasından istifadə edən oğru tutuldu (FOTO)

Tarix: 24 Sentyabr 2019 16:39

Bakı. Samir Əli - Trend:

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək Bakı şəhərində olduğu zaman Astara rayonunun Maşxan kəndində yerləşən evindən 1 ədəd notbuk, 3 ədəd müxtəlif markalı telefonların oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayonunun Viyən kənd sakini, əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuş Ramid Əzizov olduğu müəyyən edilib. Oğurladığı əşyalar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Astarada ev sahibinin Bakıda olmasından istifadə edən oğru tutuldu (FOTO) Astarada ev sahibinin Bakıda olmasından istifadə edən oğru tutuldu (FOTO) Astarada ev sahibinin Bakıda olmasından istifadə edən oğru tutuldu (FOTO) Astarada ev sahibinin Bakıda olmasından istifadə edən oğru tutuldu (FOTO)


Etiketlər:  Astarada ev sahibinin Bakıda olmasından istifadə edən oğru tutuldu FOTO


RƏYLƏR