Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 22:54
Kosovo və Metoxiyanın serb əhalisi barrikadalar qurmağa başlayıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə RTS milli televiziyası məlumat yayıb.
Məlumata görə, Serbiya vətəndaşları Kosovonun şimalında və Metoxiyada barrikadalar qurublar. Onlarla insan Priştina - Raska əsas yolunu bağlayıb. Küçələrdə olan Kosovo polisinin xüsusi dəstələri (ROSU polis xüsusi təyinatlıları) şəhər əhalisi toplanması başlayanda ətraf kəndlərə yola düşüb.