Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hava şəraitinə görə oldu" - Nazirlikdən Yaylaq Festivalı ilə bağlı narazılıqlara münasibət

Tarix: 1 Avqust 2022 13:09

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev İkinci Milli Yaylaq Festivalı ilə bağlı narazılıqlara münasibət bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, tədbirdə 120 min insan iştirak edib.

E.Əliyevin sözlərinə görə, bu qədər insan üçün infrasturktur yaratmaq çox çətindir və buna görə də bunları nəzərə almaq lazımdır.

Nazir müavini hesab edir ki, tədbir olduqca geniş kompleksli şəkildə həyata keçirilib: "Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər isə həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib".

Milli.Az


Etiketlər:  Hava şəraitinə görə oldu Nazirlikdən Yaylaq Festivalı ilə bağlı narazılıqlara münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ