Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2022 21:24
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-i Tayvanın paytaxtı Taybeyə uçacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "ETtoday" məlumat yayıb.
Məlumata əsasən, Pelosi 20 nəfərlik nümayəndə heyəti ilə yerli vaxtla təxminən saat 22:30-da Sunşan hava limanına enəcək. Avqustun 3-də isə o, Tayvan parlamentinə baş çəkərək administrasiya rəhbəri Çay İnven də daxil olmaqla, adanın rəhbərliyi ilə görüşəcək.
Görüş başa çatdıqdan sonra günorta saatlarında Pelosinin adanı tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, daha öncə yayılan məlumatda Pelosinin Tayvana səfər edəcəyi bildirilsə də, sonradan səfərdən imtina etdiyi barədə məlumat yayılıb.
Pelosinin səfəri istəyinə Çin kəskin reaksiya verib və Tayvan yaxınlığında irimiqyaslı təlimlərə başlayıb.