Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 08:34
Ukrayna Prezidenti Vladimir Zelenski Odessa rəhbərliyindən II Yekaterinanın abidəsinin sökülməsi məsələsinə baxmağı istəyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə prezidentin saytı məlumat yayıb.
"Mən Odessa Şəhər Şurasına müraciətdə qaldırılan məsələlərə öz səlahiyyətləri daxilində baxılması üçün müraciət etmişəm. Həmçinin, məktubda milli maraqların qorunmasının, ictimai məkanın Rusiya imperiya, sovet irsi ilə bağlı obyekt və abidələrdən təmizlənməsi məsələlərinin işlənib hazırlanmasının vacibliyini də qeyd etmişəm", - Zelenski bildirib.