Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fənərbaxça”nın prezidenti cəzalandırıldı

“Fənərbaxça”nın prezidenti cəzalandırıldı

Tarix: 24 Sentyabr 2019 18:40

“Fənərbaxça” klubunun prezidenti Ali Koç Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Qol.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərinə 30 günlük cəza, 20 min TL məbləğində cərimə kəsilib.

Cəzaya “Fənərbaxça” prezidentinin idmançıya yaraşmayan açıqlamalar verməsi səbəb göstərilir.

Ali Koçla yanaşı, “Kayserispor”un vitse-prezidenti Mehmet Çakmak da oxşar açıqlamalar səbəbindən 45 günlük cəzalandırılıb, 30 min TL cərimə olunub.

 


Etiketlər:  Fənərbaxçanın prezidenti cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ