Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vərəmin yeni müalicə üsulu tapıldı

Vərəmin yeni müalicə üsulu tapıldı

Tarix: 2 Avqust 2022 20:48

Vərəm xəstəliyi heç cür təslim olmur və insanları yoluxdurmağa davam edir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu xəstəliyi əmələ gətirən mikrobakteriyalar çox davamlıdır və yeni antibiotiklərə tez öyrəşərək, davamlı mutasiyalar əmələ gətirirlər.

Alimlər, bu xəstəliklərlə mübarizədə daha prinsipial metodlara ehtiyac olduğunu düşünürlər. Sidneydən olan mütəxəssislər  sübut ediblər ki, mikrob orqanizmi zəbt edən zaman immun sisteminin işini zəiflətmək üçün trombositləri "aldadır".  Məhz bu xüsusiyyəti mikrobun özünə yönəltmək mümkündür.

Danino-rerio balıqlarında xəstəlik törədən vərəm mikrotörədicilərinin mikroskopla yoxlanıldıqda araşdırmaçılar infeksiyanın immuniteti dağıtdığını müşahidə ediblər.

Alimlər trombositləri tormbosit əleyhinə preparatların və aspirinin köməyi ilə "sakitləşdiriblər". Nəticədə bakterial təzyiq kifayət qədər azalıb.

Mütəxəssislər antibiotiklərə davamlı olan vərəm infesksiyasının müalicəsinin bu yolla mümkün olduğunu açıqlayıblar. Bunun üçün antikoaqulyant  preparat tələb olunur ki, onlardan ən ucuzu və etibarlısı aspirindir.


Etiketlər:  Vərəmin yeni müalicə üsulu tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ