Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qadın kitab kimi bağlı olmalıdır'' - Səidədən Tünzaləyə irad

''Qadın kitab kimi bağlı olmalıdır'' - Səidədən Tünzaləyə irad

Tarix: 2 Avqust 2022 23:36

Müğənni Səidə Dadaşova həmkarlarının geyimlərindən danışıb.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən sənətçi iddialı geyimlərin açıq-saçıq anlamına gəlmədiyini deyib:

"İddiaları geyimlər bəyəm açıq-saçıq geyimlər deməkdir? Hər insan qapalı geyimləri daşıya bilməz. Onun üçün cəsarətli və gözəl olmaq lazımdır. Mənim kimi qapalı geyinib şarmlı da görünmək olar".

S.Dadaşova Xalq artisti Tünzalə Ağayevanın son vaxtlar açıq-saçıq geyimlərə üstünlük verməsindən də danışıb. Müğənni onun kimi geyinən həmkarlarına iradını bildirib:

"Mənim üçün açıq-saçıqlıq şarm deyil. Hər şey göründüyü halda necə maraq qala bilər ki? Qadın kitab kimi bağlı, dəniz kimi dərin olmalıdır. Üzdükcə üzəsən, amma çatmırsan, sirrini aça bilmirsən. Mənim dünyamda belədir".


Etiketlər:  Qadın kitab kimi bağlı olmalıdır Səidədən Tünzaləyə irad


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ