Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stallonenin dəbdəbəli mülkünü ipoteka ilə aldı

Stallonenin dəbdəbəli mülkünü ipoteka ilə aldı

Tarix: 6 Avqust 2022 03:22

Britaniyalı müğənni Adel amerikalı aktyor Silvestr Stallonenin dəbdəbəli mülkünü almaq üçün 37,7 milyon dollarlıq ipoteka götürüb. Sonxeber.net Daily Mail-ə istinadən bildirir ki, sənətçi banka ayda 226 min dollar ödəyəcək.

Adel "City National Bank"dan 30 illik ipoteka götürüb. Stallonenin Los-Ancelesdəki mülkü bu şəhərdə müğənniyə məxsus dördüncü mülk olub. O, fevral ayında 58 milyon dollara malikanə alıb.

Evin sahəsi təxminən 1,7 min kvadratmetr, torpaq sahəsi isə 1,4 hektardır. Evin içərisində altı yataq otağı və doqquz vanna otağı, həmçinin ev kinoteatrı, qonaq otağı və terasa çıxışı olan ofis var. Əsas binadan əlavə malikanədə hovuz, qaraj, studiya, spa sahəsi və iki yataq otağı, hamam və mətbəxi olan qonaq evi var.

İrfan Vəliyev


Etiketlər:  Stallonenin dəbdəbəli mülkünü ipoteka ilə aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ