Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2022 05:24
Böyük Britaniyanın Uelsin Nyuport şəhərindən olan 37 yaşlı İT mütəxəssisi Ceyms Houells 340 milyon funt-sterlinq dəyərində bitkoinlərlə itirilmiş diski tapmaq üçün robot itlərin köməyindən istifadə etmək qərarına gəlib.
Sonxeber.net bildirir ki, bu barədə "Metro" məlumat yayıb.
2013-cü ildə Houells köhnə kompüterdən yeni kompüterə məlumat ötürərkən təsadüfən bitkoin olan sərt diskini atıb. Kişi tezliklə səhvini anlayıb və axtarışa başlamaq qərarına gəlib. Yerli zibilliyin aerofotoşəkillərini öyrəndikdən sonra o, itkin əşyanın yerləşə biləcəyi 200 kvadratmetr, 15 metr dərinlikdə ərazini müəyyən edə bilib. Britaniyalı həm də uzunmüddətli kəşfiyyat üçün bahalı avadanlıqların dəyərini ödəməyə hazır olan investor tapıb - onun sözlərinə görə, prosedur doqquz aydan on iki aya qədər çəkə bilər.
Kişi şəhər şurasından axtarış aparmaq üçün icazə almağa çalışsa da, buna nail ola bilməyib. Lakin uğursuzluq Houellsi dayandırmayıb və o, sabit diskdən məlumat çıxarmaq imkanlarını qiymətləndirən NASA-dan məlumatların bərpası üzrə mütəxəssislərin məsləhətinə müraciət edib. Onların fikrincə, məlumatların bərpa olunma ehtimalı yüksəkdir.
Britaniyalı bitkoinin ucuzlaşmasına və şəhər şurasının sarsılmaz mövqeyinə baxmayaraq, planını təkmilləşdirməyə davam edib. İndi o, heç kimin prosesə mane olmaması üçün qazıntılar zamanı ərazini qoruyacaq robot itləri əməliyyata cəlb etmək qərarına gəlib. Houellsin planına görə, zibillikdə itirilən əşyanı süni intellekt tərəfindən idarə olunan mexaniki əl axtarmalıdır. Diskə bənzər elementləri süzgəcdən keçirdikdə insanlar onları çeşidləməyə başlayacaqlar.
Kişi axtarışın 9 aydan 12 aya qədər çəkəcəyini gözləyir.
İrfan Vəliyev