Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 07:36
İranın Rəfsəncan şəhərində Əfqanıstan vətəndaşı bıçaq və xəncərlə 10 nəfəri öldürüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rəfsəncan qubernatoru Hüseyn Rezai deyib.
Hadisə Rəfsəncanın Behraman Nuq bölgəsində yerləşən əkin sahəsində baş verib.
Hücum zamanı 6 İran və 4 Əfqanıstan vətəndaşı həlak olub, bir neçə nəfər yaralanıb.
Qubernatorun sözlərinə görə, hadisəni törədən şəxs artıq həbs edilib.