Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

Tarix: 8 Avqust 2022 08:46

Ermənistanın xüsusi xidmət orqanlarının Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb.

Milli.Az bildirir ki, bu barədə "report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Yunanıstanın PASOK partiyasının sədri Nikos Andrulakisin telefonları Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənilir.

"Ekathimerini.com"un məlumatına görə, partiyanın sədri qeyd edib ki, onun telefonlarıba xüsusi cihazlar vasitəsilə qulaq asırlar. Nikos Androulakis telefonuna qeyri-qanuni "Predator" casus proqram təminatı quraşdırmaq cəhdi barədə məlumat verib.

Yunanıstan kəşfiyyatının rəhbəri də Andrulakisin telefonunun Ermənistan xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənildiyini açıqlayıb.

Qalmaqala Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan da münasibət bildirib. Diplomat Ermənistanın xüsusi xidmət orqanlarının PASOK sədri Nikos Androulakisin telefonlarının dinlənilməsində iştirak etmədiyini iddia edib.

Milli.Az


Etiketlər:  Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb


RƏYLƏR