Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 12:44
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələrlə ittiham olunduğu məlum olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.