Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolçu oyun zamanı komaya düşdü - VİDEO

Futbolçu oyun zamanı komaya düşdü - VİDEO

Tarix: 8 Avqust 2022 14:38

Moldovanın "Zimbru Kişinyov" klubunda çıxış edən niderlandlı futbolçu Donni van İperen "Dinamo-Auto" ilə oyunda ciddi zədə alıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu hazırda həyatda qalmaq uğrunda mübarizə aparır. O, 11-ci dəqiqədə rəqibin qapıçısı ilə toqquşub və yerə yıxılaraq huşunu itirib. Həkimlər onun həyatını xilas etmək üçün dərhal sahəyə qaçıblar.

"Zimbru"nun oyunçusu xəstəxanaya köçürülüb. Klubdan verilən açıqlamaya görə, o, hazırda komadadır:

"Bu çətin anlarda bütün fikrimiz Donni van İperenlədir. Hollandiyalı futbolçu Kişinyovdakı xəstəxanaya köçürülüb və ona tibbi yardım göstərilir. Donni, möhkəm ol, hamımız sənin üçün dua edirik".

Milli.Az


Etiketlər:  Futbolçu oyun zamanı komaya düşdü VİDEO


RƏYLƏR