Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində dünyanın ən iri aeroportu açıldı - Zaha Hadidin layihəsi

Çində dünyanın ən iri aeroportu açıldı - Zaha Hadidin layihəsi

Tarix: 25 Sentyabr 2019 11:48

Bakı. Trend:

Sentyabrın 25-də Çində dünyanın ən iri hava limanı açılıb.

Trend-in məlumatına görə, Dasin hava limanının ilk müştəriləri Quançjou və Şanxaya uçan sərnişinlər olub.

Dasin hava limanı paytaxt Pekinin mərkəzindən 46 kilometr məsafədə yerləşir.

25 futbol meydançası böyüklüyündə olan aeroport ildə 72 milyon sərnişin və 2 milyon yük ötürmək qabiliyyətindədir. Layihənin müəllifi Zaha Hadid olub.

Hava limanıın sentyabrın 30-da açılması planlaşdırılsa da, işləri 5 gün tez başa çatdırmaq mümkün olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çində dünyanın aeroportu açıldı Zaha Hadidin layihəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ