Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb

Tarix: 8 Avqust 2022 22:16

Səhiyyə Nazirliyinin tabeliyində "Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb.

Milli.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi və strukturu təsdiq edilib.

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.

Eyni zamanda, müəyyən edilib ki, Koordinasiya Mərkəzinin Nizamnamə Fondu 300 000 manat təşkil edir və qurumun əsas vəsaiti hesabına formalaşır.

Koordinasiya Mərkəzi Bakı şəhərində yerləşir.

Milli.Az


Etiketlər:  Orqan Donorluğu Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ