Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yağış bölgələrdə fəsadlar törətdi: Daşkəsəndən sel keçdi - VİDEO

Yağış bölgələrdə fəsadlar törətdi: Daşkəsəndən sel keçdi - VİDEO

Tarix: 9 Avqust 2022 10:38

Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti bır sıra fəsadlar yaradıb.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Goranboya dolu yağıb. Hava şəraitinin qəfil dəyişməsi ilə əvvəlcə leysan yağıb, sonra doluya çevrilib. İri buz parçları rayon mərkəzi ilə yanaşı, Qızılhacılı qəsəbəsində, Boluslu, Məşədiqaralar kəndlərində müşahidə edilib. Ölçüsü qoz, fındıq boyda olan dolu 10 dəqiqəyə yaxın davam edib. Təbiət hadisəsi payızda yetişən meyvələrə zərər vurub. Həmçinin rayonun bir sıra kəndlərində elektrik enerjisi verilişində fasilələr yaranıb.

Daşkəsəndən də sel keçib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar və Gəncəçay-Alaxançallı məntəqələrindən qısamüddətli sel keçib.

Ölkədə sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Etiketlər:  Yağış bölgələrdə fəsadlar törətdi Daşkəsəndən keçdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ