Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya faciə ilə üz-üzədir: ABŞ savaşa girə bilər!

Dünya faciə ilə üz-üzədir: ABŞ savaşa girə bilər!

Tarix: 9 Avqust 2022 15:52

Bizim hazırkı proqnozumuza görə, yaxın onillikdə ABŞ və Çin arasında hansısa hərbi qarşıdurma olması ehtimalı yüksəkdir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Asiya üzrə direktoru Ceyms Krebtri "Faynənşl tayms"a açıqlamasında deyib.

O bildirib ki, keçmişdə Tayvan üzərində ABŞ-Çin müharibəsi ehtimal kimi görünsə də, hazırda bunun baş verməsi ehtimal olmaqdan çıxaraq mümkünə çevrilib:

"Yüksək rütbəli Qərb məmurları bu məsələləri ictimai yerlərdə danışmaqdan çox ehtiyat edir. Çünki 2021-ci ildə ABŞ-ın Hind-Sakit okean bölgəsindəki komandiri admiral Fil Devidson Konqresə növbəti altı il ərzində Çinin Tayvanı işğalının real təhlükəsini gördüyünü dedikdən sonra Çin bu işğala daha da meyil etməyə başladı".

Krebtri qeyd edib ki, Si Szinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra Pekinin xarici siyasəti nəzərəçarpacaq dərəcədə aqressivləşib:

"Tayvanı ərazisinə qatmağa hazır görünən Szinpin sələflərindən fərqli olaraq, bu məsələni nəsildən-nəslə ötürülməz tarixi missiya adlandırıb. Buna görə də xalqın ona qarşı gözləntiləri çox böyükdür, hətta ölkədə bəzi millətçilər Çin Azadlıq Ordusunun Pelosinin təyyarəsini vurmamasından belə məyus olmuşdu.

Çinin güc tətbiq etməsi təkcə Tayvan üçün deyil, materik Çinin özü üçün də faciə olardı. Çünki Pekin bununla onilliklər boyu inkişafını təhlükə altına alar və qlobal iqtisadiyyatın çökməsinə səbəb olar. Həmçinin bu, ABŞ-la münaqişə və III Dünya müharibəsinin başlanğıcı ola bilər".


Etiketlər:  Dünya faciə ilə üzədir ABŞ savaşa girə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ