Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Qələbələrimiz olimpiya, dünya, Avropa çempionatlarında adi hala çevrilib

Prezident İlham Əliyev: Qələbələrimiz olimpiya, dünya, Avropa çempionatlarında adi hala çevrilib

Tarix: 9 Avqust 2022 16:42

Mən Konya hava limanından dərhal sizinlə görüşə gəlmişəm. Bu bir ənənədir, hər dəfə beynəlxalq mötəbər yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.

Sonxeber.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləyib. Və Azərbaycan güclü idman ölkəsi kimi bu gün dünyada tanınır və bizim qələbələrimiz həm olimpiya, dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Və Azərbaycan azarkeşləri də buna bir növ öyrəşiblər", - dövlət başçısı qeyd edib.


Etiketlər:  Prezident İlham Əliyev Qələbələrimiz olimpiya dünya Avropa çempionatlarında hala çevrilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ