Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"dan yeni transfer "bomba"sı

Tarix: 12 Avqust 2022 12:24

PSJ-nin futbolçusu Mauro İkardi karyerasını İngiltərənin "Mançester Yunayted" və ya Türkiyənin "Qalatasaray" klubunda davam etdirə bilər.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə "TyC Sports"  məlumat yayıb. Xəbərə görə argentianlı hücumçunun agenti və həyat yoldaşı Vanda Nara artıq hər iki klubla danışıqlara başlayıb. Qeyd olunur ki, İstanbul təmsilçisi ilə onun arasında 3 dəfə görüş baş tutub. Forvardın transferi baş tutsa, o, Türkiyə klubunda icarə əsasında çıxış edəcək və maaşının bir hissəsi də PSJ tərəfindən ödənəcək.

Mançester təmsilçisi ilə danışıqlarda isə İkardinin satınalma şərti olmaqla icarə əsasında transfer olunması müzakirə olunur. 

Milli.Az


Etiketlər:  Qalatasaraydan yeni transfer bombası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ