Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gözəllik üçün vanna

Gözəllik üçün vanna

Tarix: 13 Avqust 2022 11:45

Havaların soyuması dərinin solğun görünməsinə səbəb olur. Bu ərəfədə vanna otağında çox vaxt keçirtməyi arzulayırıq. Buna görə də dərimizin və gözəlliyimizin qayğısına qalmaq üçün vanna otağındakı vaxtdan səmərəli istifadə etməliyik.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, rahatlatıcı vanna dərini gözəlləşdirir, cavanlaşdırır, təravətli göstərir.

· Əvvəlcə vannanı isti su ilə doldurun.
· İçərisinə rozmarin, lavanda, jasmin və səndəl yağları damcıladın.
· Vannaya birdəfəlik yox, yavaş-yavaş oturmağa çalışın. Bu, bütün stresi atmağınıza kömək edəcək.
· Əgər dərinin tündləşməsini istəyirsinizsə, onda qara çayı dəmləyib, vannaya töküb, uzanın. Dəriniz bürünc rəngdə olacaq.


Etiketlər:  Gözəllik üçün vanna


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ