Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmar Məmmədyarov İƏT-in Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib

Elmar Məmmədyarov İƏT-in Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib

Tarix: 25 Sentyabr 2019 20:36

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin 25 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Elmar Məmmədyarov iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllini dəstəklədiyini ifadə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Elmar Məmmədyarov İƏT Cammu Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ