Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın hücumçusu Türkiyə klubunun hədəfində

Tarix: 13 Avqust 2022 22:34

"Qarabağ" klubunun hücumçusu İbrahima Vaci komandanı tərk edə bilər.

27 yaşlı seneqallı forvardla Türkiyənin "Giresunspor" klubu maraqlanır.

Milli.Az offsideplus.az-ıa istinadən bildirir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Vacinin qış transfer pəncərəsində satılmasına razılıq verib.

Bununla belə, "Qarabağ" hazırda hücum xəttinə axtarışları davam etdirir.

Bir neçə gün əvvəl "atlılar"ın Macarıstan "Fehervar"ının gürcüstanlı hücumçusu Budu Zivzivadze ilə maraqlandığına dair xəbərlər yayılmışdı. Lakin ağdamlıların mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında onun "Qarabağ"ın transfer hədəfində olmadığını bildirmişdi.

Milli.Az


Etiketlər:  Qarabağın hücumçusu Türkiyə klubunun hədəfində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ