Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 12:08
Kiyev şəhərinin meri Vitali Kliçko 26 illik həyat yoldaşı Natalya ilə boşanmaq qərarına gəlib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, "Babel"ə müsahibəsində deyib.
"Sirr deyil ki, biz uzun illərdir təkcə ayrı şəhərlərdə deyil, həm də ayrı ölkələrdə yaşayırıq. Uzun illər - fərqli maraqlar, fərqli həyat. Və biz bunu rəsmiləşdirmək qərarına gəldik", - Kliçko deyib.
Onun sözlərinə görə, boşanma hər ikisinin istəyi ilə olub.
"Bizim yaxşı münasibətlərimiz qalıb, biz bir-birimizə hörmət edirik, uşaqlar artıq böyükdür və həyat davam edir", - mer əlavə edib.
Qeyd edək ki, Kliçko 1996-cı ildən evlidir. Onun Natalya ilə nikahında üç övladı var: Yeqor-Deniel (2000), Yelizaveta-Viktoriya (2002) və Maksim-Aleksandr (2005).