Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 17:16
Saatlı rayonu, Orta Muğan kəndində su böhranı yaşanır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kənddə vəziyyət kritik həddə çatıb.
Sakinlərin sözlərinə görə, iki ildir kanallar su görmür.
Bəzi ailələr suya görə kəndi tərk etmək məcburiyyətində qalıblar.
Kənd sakinləri deyirlər ki, artıq maşınlarla alınan su da çatmır. Vəziyyət o yerdədir ki, yeraltı sular da quruyub. Son illər nə qışda, nə də yayda kəndə su gəlir.
Kəndlilərin əkdikləri sahələr də susuz qalıb. Məhsuldarlıq xeyli aşagı düşüb.
Sakinlər məcburiyyətdən şor sudan suvarmada istifadə edirlər. Bu da sahələri məhv edir.
Rayon suvarma sistemləri idarəsindən bildirilib ki, bu ərəfədə suya olan təlabat çoxdur. Ona görə də uzaq kəndlərə suyun çatdırılmasında problem yaranıb.
Bu arada, kəndə qonşu olan Sabirabad ərazisində su olmasına baxmayaraq kanalların qabağı kəsilib. Hazirda danışıqlar aparılır ki, Sabirabaddan gələn suyun qarşısı kəsilməsin.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: