Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmazda meşə massivində yanğın başlayıb

Xaçmazda meşə massivində yanğın başlayıb

Tarix: 16 Avqust 2022 08:10

Xaçmaz rayonunda yanğın baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəmməd kəndində qeydə alınıb.

Hadisə təxminən 6 hektar ərazidə biçilmiş taxıl sahəsi və meşə təsərrüfatına aid ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


Etiketlər:  Xaçmazda meşə massivində yanğın başlayıb


RƏYLƏR