Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TikTok-a video yerləşdirib, həbs edilib

TikTok-a video yerləşdirib, həbs edilib

Tarix: 17 Avqust 2022 19:02

Tailandda polis tutulan nadir balıq növünün videosunu internetə yerləşdirən turisti həbs edib.

Sonxeber.net bildirir ki, təfərrüatlar "Bangkok Post" dərc edib.

Hollandiya vətəndaşı olan 22 yaşlı Roslan Bendeniya Phuketdə tətili zamanı silahla qayıq icarəyə götürüb və Krabi əyalətindəki Mu Ko Phi Phi Milli Parkına balıq tutmağa gedib. Tutduğu balıqları kameraya çəkən gənc videonu TikTok sosial şəbəkəsində yerləşdirib. Videonu görən yerli sakinlər tətilçidən polisə şikayət ediblər, bundan sonra səyahətçi saxlanılıb.

Bendeniyaya qarşı cinayət işi başlanıb. O, balıq ovu qadağan olunmuş milli parkın ərazisində nəsli kəsilməkdə olan balıqları qanunsuz ovlamaqda ittiham olunub.

İrfan Vəliyev


Etiketlər:  TikTok video yerləşdirib həbs edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ