Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2022 21:50
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları ötən həftə ərzində 7,06 milyon barel azalaraq 424,95 milyon barel səviyyəsinə düşüb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Benzinin əmtəə ehtiyatları 4,64 milyon barel azalaraq 215,67 milyon barel təşkil edib.
Distillatların kommersiya ehtiyatları 766 min barel artaraq 112,26 milyon barelə çatıb.
Analitiklər neft ehtiyatlarının 800 min barel artacağını, benzin ehtiyatlarının 1 milyon barel azalacağını və distillat ehtiyatlarının isə 1 milyon barel artacağını gözləyirdilər.