Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 10:16
Rusların yəqin ki, Xerson vilayətində hücum etmək üçün resursları yoxdur, çünki indi onlar Donbasda irəliləməyə çalışır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Pavel Narojni deyib.
"Düşünmürəm ki, onların hazırda konkret olaraq Xerson bölgəsində hücuma keçmək üçün resursları var. Onlar Donbasda hücum aksiyaları keçirirlər. Ancaq Xerson vilayətində mən bunu görmürəm", - ekspert deyib.
Onun proqnozuna görə, Xerson vilayətinin sağ sahilində gedən döyüşlər Ukrayna Silahlı Qüvvələrinin xeyrinə başa çatacaq və ruslar mühasirəyə alınacaq:
"Resursları kəsib və gözləmək xüsusi mühasirə üsuludur. Düşünürəm ki, başqa variant yoxdur. 100 faiz şəhərlər hücuma məruz qalmayacaq. Əgər biz kəndlərə hücum etmiriksə, onda onlar təslim olana qədər gözləməliyik. Çünki bu, ordumuz və mülki əhali arasında lazımsız itkilərin qarşısını alacaq".