Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 22:46
Rusiyanın Belqorod vilayətinin Valuyski rayonunun Timonovo kəndi yaxınlığında sursat anbarı yanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.
Son məlumatlara görə, itki yoxdur.
Rayon rəhbərliyi kənd sakinlərini təhlükəsiz əraziyə təxliyə edib.
Yanğının səbəbi müəyyənləşdirilir.
Timonovo kəndində təxminən 530 nəfər yaşayır.
Kəndin Ukrayna ilə sərhədə qədər olan məsafəsi təxminən 5400 metrdir.