Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 23:03
Türkiyə ordusu Suriyanın şimalında "Fərat Qalxan" bölgəsinə hücuma hazırlaşan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
"Terrorçuları aşkar edildikləri yerlərdə zərərsizləşdirməyə davam edirik. Suriyanın şimalında "Fərat Qalxanı" bölgəsinə hücum etməyə hazırlaşdıqları təyin olunan 7 PKK/YPG terrorçusu Qəhrəman Komandolarımız tərəfindən zərərsizləşdirilib", - açıqlamda bildirilib.
Qeyd edək ki, bu gün Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayı 16-ya çatıb.