Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda qorxulu görüntü: Gənələr binaya “hücum etdilər” - FOTO

İstanbulda qorxulu görüntü: Gənələr binaya “hücum etdilər” - FOTO

Tarix: 20 Avqust 2022 12:22

Türkiyənin İstanbul şəhərinin Arnavutköy məhəlləsində yaşayış binasını gənə basıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gənələr əvvəl binanın bayır divarlarında görünməyə başlayıb. Sonra isə mənzillərin içərisinə daxil olub. Nəticədə bina yüzlərlə gənə ilə əhatə olunub.

Bina sakinləri qorxaraq özlərini çölə atıblar.

Aralarında azyaşlı uşaqların da olduğu 13 nəfərin yaşadığı binanın sakinləri bu haldan panikaya düşüblər. Onlar gənələrin haradan gəldiyini, kiminsə atıb-atmadığını bilmədiklərini deyiblər.

Sakinlərdən biri ərazidə çoxlu heyvanların olduğunu və gənələrin heyvanlardan da qaynaqlana biləcəyini qeyd edib.

Milli.Az


Etiketlər:  İstanbulda qorxulu görüntü Gənələr binaya hücum etdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ