Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuzda meşəlik ərazidə yanğın başlayıb

Oğuzda meşəlik ərazidə yanğın başlayıb

Tarix: 20 Avqust 2022 19:56

Oğuz rayonunun Calut kəndi ərazisindəki əkin sahələrində yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin rəisi Akif  Məmmədovun sözlərinə görə, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür:

"Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar".

Milli.Az


Etiketlər:  Oğuzda meşəlik ərazidə yanğın başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ