Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arestoviç daha Ukrayna Prezident ofisi rəhbərinin müşaviri deyil

Arestoviç daha Ukrayna Prezident ofisi rəhbərinin müşaviri deyil

Tarix: 20 Avqust 2022 20:34

Oleksey Arestoviç Ukrayna Prezidentinin ofisi rəhbərinin müşavirləri sırasına daxil edilməyib, baxmayaraq ki, özü və Ukrayna mediası onu bu vəzifədə təqdim edir.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ukraynanın "Tıjden" nəşri Ukrayna dövlət başçısının ofisinin rəsmi sənədinə istinadən məlumat yayıb.

Nəşr jurnalist sorğusuna Ukrayna Prezidenti Aparatının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Anna Kilevanın imzası ilə rəsmi cavabı dərc edib.

Sənəddə deyilir ki, Ukrayna Prezidenti, onun aparatının rəhbəri Andrey Yermak və onun müavinlərinin 46 daimi və ştatdankənar məsləhətçisi var. Sənəddə bu məsləhətçilərin tam siyahısı verilib. Lakin siyahıda Oleksey Aretoviçin adı yoxdur.

Qeyd edək ki, cari ilin yanvar ayında Aretoviç Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın müşaviri vəzifələrindən istefa verdiyini açıqlamışdı. Lakin bu istefa bəyanatından sonra o, Ukrayna Prezident ofisi rəhbərinin müşaviri kimi ictimaiyyət qarşısında çıxış etməyə davam edirdi.


Etiketlər:  Arestoviç daha Ukrayna Prezident ofisi rəhbərinin müşaviri deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ