Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 06:20
Sankt-Peterburqdan olan tələbə qız Leninqrad vilayətində meşədə azıb, aclıqdan göbələk yığmağa başlayıb və özünü zəhərləyərək öldürüb.
Sonxeber.net bildirir ki, bu barədə "Fontanka" nəşri məlumat yayıb.
Canelidze Təcili Tibbi Yardım İnstitutu qızın zəhərli göbələk yediyini bildirib. Xəstəxananın klinik toksikologiya şöbəsinin müdiri Aleksey Lodyagin xatırladıb ki, qızın yediyi qaraciyərə ciddi ziyan vuran ən təhlükəli göbələk olub.
O bildirib ki, ümumilikdə bu mövsümdə elmi-tədqiqat institutuna göbələk zəhərlənməsi ilə 14 xəstə yerləşdirilib, 13 nəfərin həyatını xilas etmək mümkün olub.
İrfan Vəliyev