Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlilabad sakinləri qorxu içində yaşayır - VİDEO

Cəlilabad sakinləri qorxu içində yaşayır - VİDEO

Tarix: 21 Avqust 2022 12:52

Cəlilabadda 1979-cu ildə tikilmiş bina yararsız vəziyyətə düşüb. Divarlarında iri çatlar var, tavanı da hər an çökə bilər. Sakinlərin bəziləri qorxaraq evlərini tərk ediblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, divarlar və tavanında iri çatlar əmələ gəlib. Hər an iri daşlar qoparaq sakinlərə xəsarət yetirə bilər.

Cəlilabadda  43 il bundan əvvəl tikilmiş ikimərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb.

Azərbaycan küçəsində yerləşən 24 saylı binada yaşayanlar deyirlər ki, belə vəziyyət bir neçə ildir ki, davam edir. Burada yaşamaq təhlükəli hal alıb. Əksər sakinlər qorxudan mənzillərini tərk ediblər.

Sözügedən yaşayış binası 1979 -cu ildə tikilərək istifadəyə verilib. 16 ailənin yaşadığı binadakı mənzillərin hamısı eyni durumdadır. Sakinlərin sözlərinə görə dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Bildirilib ki, bir neçə il əvvəl dam örtüyü yenilənsə də, bina heç vaxt əsaslı təmir edilməyib. 

Cəlilabad rayon Mənzil İstismar Sahəsindən bildirilib ki, binanın yararsız vəziyyətdə olması ilə bağlı Fövqaladə Hallar Nazirliyinə məktub ünvanlanıb. Binaya baxış keçirildikdən sonra müvafiq qərar veriləcək.

Milli.Az


Etiketlər:  Cəlilabad sakinləri qorxu içində yaşayır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ