Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 14:03
Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.
Sonxeber.net xəbər verir ki, Sahibə Qafarova bu barədə tviter hesabında yazıb.
"Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm", - Milli Məclisin sədri qeyd edib.