Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Muğam axşamları”nın yeni mövsümdə ilk konserti bu tarixdə olacaq

“Muğam axşamları”nın yeni mövsümdə ilk konserti bu tarixdə olacaq

Tarix: 23 Avqust 2022 10:06

Beynəlxalq Muğam Mərkəzinin (BMM) böyük maraqla gözlənilən "Muğam axşamları" layihəsinin 2022-2023-cü il üçün yeni mövsümdə ilk konserti 17 sentyabr tarixində təqdim olunacaq.

Həmin gün BMM-nin solistləri, sevilən xanəndələr Rəvanə Qurbanova, Elgiz Əliyev və Səbinə Ərəbli "Humayun" və "Heyratı" muğamlarını ifa edəcəklər. Xanəndələri BMM-nin solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara) və Vasif Yusibli (ud), Rəfael əsgərov (balaban)  müşayiət edəcək.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir.
İlin sonuna kimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Rast" , "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmanlı", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.
BMM "Muğam axşamları" layihəsini 2017-ci ildən həyata keçirir.

Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən "Aşıq musiqisi axşamları", "Vokal musiqi axşamları", "Muğamat var olan yerdə", "Unudulmayanlar" və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir.

Milli.Az


Etiketlər:  Muğam axşamlarının yeni mövsümdə konserti tarixdə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ