Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nensi Pelosinin əri həbs edildi

Nensi Pelosinin əri həbs edildi

Tarix: 24 Avqust 2022 08:32

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə edərək qəza törətdiyinə görə məhkum edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Kaliforniya dairə məhkəməsi Pol Pelosinin zərərçəkənə 4900 dollar təzminat və məhkəmə xərcləri üçün 1723 dollar ödəməli olduğuna qərar verib. Həmçinin ona 5 sutka həbs cəzası verilib. Bundan əlavə, Pol Pelosi üç il sınaq müddətinə məhkum edilib.

Qeyd edək ki, hadisə may ayında baş verib. 82 yaşlı Pelosinin idarə etdiyi "Toyota" markalı avtomobil "Jeep"lə toqquşub.

Milli.Az


Etiketlər:  Nensi Pelosinin əri həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ