Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Tarix: 24 Avqust 2022 18:15

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Şəhidlər xiyabanını ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Qazaxıstan Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Milli.Az


Etiketlər:  Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ