Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2022 15:33
Prezident İlham Əliyev "Telekommunikasiya haqqında" qanunun tətbiq edilməsi barədə" 9 avqust 2005-ci il tarixli fərmanında dəyişiklik edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, radiotezliklərlə bağlı qərar vermək səlahiyyəti Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Amma bu qərarlar İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.
Telekommunikasiya xidmətləri ilə bağlı isə qərarları isə Tarif Şurası qəbul edəcək.