Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2022 18:06
Rusiyada Voronejdə yetkin rusiyalı 13 yaşlı yeniyetməni uşaq meydançasında döyüb.
Sonxeber.net bildirir ki, hadisənin təfərrüatlarını və videonu Mk.ru saytı dərc edib.
Nəşrin məlumatına görə, 20 yaşlı gənc yerə tüpürən uşağa hücum edib. Yayımlanan kadrlarda rusiyalının uşağa yaxınlaşması, onu yıxması və bir neçə güclü zərbə endirməsi, ətrafdakılardan heç birinin qurbanın müdafiəsinə qalxmağa cəhd etməməsi göstərilib.
"Vesti Voronej" portalının məlumatına görə, valideynlər polislə əlaqə saxlamayıb. Yeniyetməyə nənəsi baxır, ana xüsusi hərbi əməliyyat zamanı yaralanan ərinə baxmaq üçün Moskvaya gedib.
Daxili İşlər Nazirliyinin rayon üzrə Baş İdarəsinin rəsmi portalında yetkinlik yaşına çatmayan şəxsin bədən xəsarəti yetirməsi faktı ilə bağlı araşdırmaya başlanılması ilə bağlı məlumat yoxdur.
İrfan Vəliyev