Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər il qripdən 2 milyon insan ölür!

Hər il qripdən 2 milyon insan ölür!

Tarix: 27 Avqust 2022 23:48

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünyada hər il 500 milyon insan qripp xəstəliyinə tutulur və hər il 2 milyon insan qripdən və onun fəsadlarından ölür.

Ölənlərin 80%-i uşaqlar, yaşlı insanlar, xroniki xəstəlikləri olan insanlar təşkil edir. Beləliklə, qripp "yüngül" xəstəlik deyil, qripi "ayaq üstə" keçirmək olmaz.

Qripin ilk simptomlarında həkimə müraciət edin və daim həkimin nəzarətində olun. Həkim sizin vəziyyətinizdə olan dəyişiklikləri vaxtında aşkar edəcək və lazım olan müalicə təyin edəcək. Nəzərinizə çatdıraq ki, qripp virus infeksiyasıdır və bu səbəbdən antibiotiklərin köməyi ilə müalicə olunmur. Lakin qripin fonunda müxtəlif xəstəliklər inkişaf edə bilər (otit, qaymorit, pnevmoniya, böyrəklər iltihabı və s.). Bu xəstəliklərin müalicəsində isə mütləq antibiotiklər istifadə olunur.

Qrip zamanı işə çıxmaq, məktəbə, istənilən ictimai yerlərə və s. getmək olmaz. Bununla siz həm ətrafdakıları təhlükə altına salırsınız, həm də bu halda qripin fəsadlarının riski artır.

Təbii ki, tibbi savadı olmayan insan qripi adi soyuqdəymədən ayırd edə bilməz. Lakin bəzi simptomlar var ki, xəstə qripdən şübhələnə bilər.

- Qrip birdən və çox kəskin başlayır. Adi soyuqdəymə əksinə tədriclə inkişaf edir.

- Xəstəliyin lap əvvəlində xəstənin hərarəti 39-40 C kimi çox kəskin qalxır. Soyuqdəymə zamanı hərarət xəstəliyin əvvəlində yüksək olmur.

- Xəstə daim özünü çox halsız, zəif hiss edir, bütün bədənində ağrılar, baş ağrıları olur. Soyuqdəymə zamanı bu simptomlar olmur və ya çox zəifdir.

- Xəstədə bu kimi simptomlar varsa: gözlərin qızarması, titrəmə, yüksək hərarət, zəiflik, bəzən hətta ürək döyünməsinin tezləşməsi, arterial təzyiqinin artması - bu qripdir. Zökəm, boqazda ağrılar - bu soyuqdəymədir.


Etiketlər:  Hər qripdən milyon insan ölür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ