Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan millisindən növbəti qələbə

Azərbaycan millisindən növbəti qələbə

Tarix: 28 Avqust 2022 22:28

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində növbəti oyununu keçirib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, D qrupunda yer alan komandamız bu gün Voleybol Mərkəzində Avstriyanı qəbul edib.

Oyun yığmamızın qələbəsi ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn yığma sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:19, 25:13. Beləliklə, 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması 3 xala yiyələnib və aktivindəki xalların sayını 9-a çatdırıb.

D qrupunda Gürcüstan, Sloveniya və Avstriya millilərinə qarşı mübarizə aparan yığmamız növbəti oyununu da Bakıda keçirəcək. Təsnifat mərhələsində keçirdiyi hər üç görüşdə qalib gələn Eldar Yusubovun rəhbərlik etdiyi milli sentyabrın 3-də Sloveniya kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək. Qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsində iştirak hüququ qazanacaq.

AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu
28 avqust
Azərbaycan - Avstriya 3:0 (25:19, 25:19, 25:13)
Bakı. Voleybol Mərkəzi


Etiketlər:  Azərbaycan millisindən növbəti qələbə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ