Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti ermənilərə görə çağırış etdi - VİDEO

Xalq artisti ermənilərə görə çağırış etdi - VİDEO

Tarix: 30 Avqust 2022 14:15

"Oğrular" dedikdə artıq hansı "millət"dən bəhs olunduğu bilinir. Bərbad vəziyyətdə oğurlanmış kompozisiyanı paylaşıb, qulağınızı zəhərləmək istəmədim. Necə ki, oğrular torpaqlarımızı oğurlayıb bərbad vəziyyətə qoymuşdular. Biz bu gün müzəffər ordumuzun qalib əsgərləri, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına və ulu öndərimiz Heydər Əliyevin siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov yazıb. O bildirib ki, ermənilər yenidən musiqimizi oğurlayıblar. Nağara ifaçısı dünyada yaşayan azərbaycanlı zərb musiqi ifaçılarına səslənib:

"Çağırışım dünya azərbaycanlılarının zərb aləti ifaçılarınadır: Azərbaycanın milli sərvəti nağaramızı yerə qoyub, yad alətləri ifa edib, sənət qeyrətimizi satmayaq. Siz nə qədər ki, onun bunun balasını qucağınızda tutub sığal çəkəcəksiniz, başqalarıda sizin doğma alətlərinizi mənimsəməyə cəhd edəcək. Gəlin, tarixi minilliklərə təsadüf edən ritmimizin sütunu olan nağara alətimizə sahib çıxaq".


Etiketlər:  Xalq artisti ermənilərə görə çağırış etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ